Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı soyqırımı-XX əsrin faciəsi” adlı konfrans təşkil edilib

22.02.2022

Fevralın 21-də Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçiləri ilə Mərkəzi Uşaq kitabxanasında Xocalı faciəsinin 30 illiyinə həsr olunan “Xocalı soyqırımı-XX əsrin faciəsi” adlı konfrans keçirilib.

Tədbiri MKS-nin direktoru Yeganə Əhmədova açaraq, mövzu ətrafında fikirlərini bildirdikdən sonra çıxışçılara söz verib.

Konfransda Xocalı soyqırımı Beynəlxalq cinayət kimi”, “Xocalı faciəsinə gedən yol”, “Xocalıya ədalət”, “Xocalı şəhidləri”, “Çingiz Mustafayev Xocalı faciəsi haqqında”, “Xocalı faciəsi musiqidə” mövzularında çıxışlar edilib.

Çıxışlarda Xocalı faciəsinə siyasi qiymət verilməsi, “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərdən, Çingiz Mustafayevin qəhramanlığından, Xocalı faciəsi ilə bağlı yazılan musiqilərdən danışılıb.

Sonda Xocalı faciəsi “Uşaqların gözü ilə” rəsm əsərləri haqqında məlumat verilib.