Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Musiqi məktəbində tematik tədbir keçirilib

22.02.2022

Fevralın 19-da Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Q.Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbində polifonik janra həsr olunan tematik tədbir keçirilib. Polifoniya janrı haqqında dinləyicilərə geniş məlumat verildikdən sonra İ.S.Bax, İ.Lülle, A.Qretri, V.Karovisin kimi bəstəkarların əsərləri ifa olunub.

Tədbirdə fortepiano şöbəsinin müəllimləri Sevda Ələkbərli, Sevda Məcidova, İnna Abbasova,Tamilla Qasımova, İradə Bədəlova, Təranə Eminli və Esmira Əliyevanın şagirdləri bir-birindən maraqlı çıxışlar ediblər.