Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şuşa ilinə həsr olunan daha bir tədbir təşkil edilib

22.02.2022

Fevralın 18-də Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Şuşa rayon Tuşsu kənd uşaq musiqi məktəbi "Təbəssüm" rəqs qrupu ilə birlikdə Şuşa ilinə həsr olunan tədbir keçirib.

"Təbəssüm” rəqs qrupunun ifasında “Xarı bülbül” rəqsi, musiqi məktəbinin xanəndə sinifinin şagirdlərinin ifsında isə “Xudayar” təsnifi və “Sarı bülbül” xalq mahnısını təqdim edilib.

Proqramın davamı olaraq məktəbin xanəndəlik sinfinin müəllimləri Murad Kəngərli və Qurban Həsənovun ifasında “Qarabağ” və “Şuşalısan sən” mahnıları səsləndirilib.

Sonda Şuşaya həsr edilən rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.