22.02.2022
Fevralın 18-də Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Heydər Əliyev Mərkəzinin kollektivi Vətən müharibəsi şəhidi Şəhriyar Nəsib oğlu Quliyevin ailəsini ziyarət edib.
Müharibə başladığı ilk gündən döyüşlərə qatılan şəhidimiz Cəbrayıl, Füzuli, Hadrut, Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə şücaətlə vuruşub və oktyabrın 23-də Qubadlıda qəhrəmancasına şəhid olub. Şəhriyar Quliyev Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda”, ”Cəbrayılın azadlığı uğrunda", "Füzulinin azadlığı uğrunda", "Xocavəndin azadlığı uğrunda" medalları ilə təltif olunub.
Heydər Əliyev Mərkəzinin kollektivi tərəfindən şəhidin ailəsinə maddi-mənəvi dəstək göstərilib.
Allah şəhidlərimizə rəhmət eləsin!