22.02.2022
Fevralın 18-də Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Xızı rayon Heydər Əliyev Mərkəzində YAP Xızı rayon təşkilatı və Xızı rayon nümayəndəliyi birgə toplantı təşkil edib.
Toplantıda ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışçılar Yeni Azərbaycan Partiyasının tarixi inkişafından, dövlət və ölkəmizin inkişafındakı rolundan, partiya daxilində gənc kadrlara göstərilən etimaddan geniş bəhs ediblər.
Yığıncaqda mədəniyyət işçilərinə YAP Xızı rayon təşkilatının yeni sədri təqdim olunub. Sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi üzrə ərazi partiya təşkilatının sədr və sədr müavinləri seçilib, onlara uğurlar arzulanıb.