Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Abşeron rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib

22.02.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Heydər Əliyev Mərkəzinin və Xırdalan şəhər 11 illik musiqi məktəbinin birgə təşkilatçılıgı ilə Xocalı faciəsinin 30 illiyinə həsr olunan“Əsrin qan yaddaşı “ adlı tədbir keçirilib. İlk növbədə Xocalı şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə Xocalıya aid rəsm əsərlərindən ibarət sərgi və film nümayiş olunub. Tədbirdə çıxış edən musiqi məktəbinin müəllimləri və Heydər Əliyev Mərkəzinin direktoru Xocalı faciəsində azərbaycanlıların başına gətirilən misilsiz vəhşilikləri pislədilər, faciədə həlak olan vətəndaşlarımıza Allahdan rəhmət diləyiblər. Dünyaya erməni vəhşiliklərinə səssiz qalmamağı tövsiyə ediblər.