Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xızı rayonunda “Şuşa ili” ilə bağlı konfrans keçirilib

11.02.2022

Fevralın 10-da Xızı rayon Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinə tabe müəsissələrin iştirakı ilə  “Şuşa ili” nə həsr olunan “Tariximizin və mədəniyyətimizin ayrılmaz parçası Şuşa” adlı konfrans təşkil edilib.

Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon üzrə nümayəndəsi, baş məsləhətçi Mönsüm Bağırov Şuşada aparılan yenidənqurma işləri haqqında danışıb.

Sonra müəssisə rəhbərləri Şuşanın zəngin mədəniyyəti, tarixi abidələri haqqında məlumat veriblər. Konfransda iş planına əsasən “Şuşa ili” ilə əlaqədar qarşıda duran vəzifələr, keçiriləcək tədbirlər haqqında müzakirələr aparılıb.