Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən müharibəsi şəhidinin ailəsinə baş çəkilib

09.02.2022

Fevralın 9-də Sumqayıt Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon nümayəndəliyinə tabe olan Zəngilan şəhər uşaq musiqi məktəbinin əməkdaşları Vətən müharibəsi şəhidi İmamalı Cəlil oğlu Hüseynovun ailəsini ziyarət ediblər.  Kollektiv ailənin qayğıları ilə maraqlanıb, onlara maddi və mənəvi dəstək göstəriblər.

Şəhid İ.Hüseynov Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edərək, Füzuli döyüşlərində şəhidlik zirvəsinə ucalıb. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən şəhidimiz ölümündən sonra "Vətən uğrunda" , "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.