Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

S.Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin daha bir uğuru

08.02.2022

Fevralın 7-də Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan S.Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin skripka şöbəsinin 3-cü sinif şagirdi Nuray Elnur qızı Məmmədova Qazaxıstan Respublikasının Nursultan şəhərində onlayn formatda keçirilən 1-ci Beynəlxalq klassik musiqi müsabiqəsində  Qran Pri mükafatına layiq görülərək diplomla  təltif edilib.

Münsiflər heyəti tərəfindən qalib Nurayın müəllimi Violetta Həsənəlizadə və müsabiqənin konsertmeysteri Təranə Cümşüd qızı İsmayılova təşəkkürnamə ilə təltif olunub.