Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq incəsənət məktəbinin kollektivi tərəfindən Vətən müharibəsi qazisinə baş çəkilib

07.02.2022

Fevralın 4-də Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan S.Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin kollektivi tərəfindən İkinci Qarabağ müharibəsinin iştirakçısı olan qazi Anar Şirxan oğlu Əsədov ziyarət olunub. Ziyarət zamanı qazinin keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, ona maddi və mənəvi dəstək göstərilib.

Qazimiz Ağdam rayonun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə sol ayağını itirib. Vətən müharibəsi qazisi Anar Əsədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Cəsur döyüşçü” və “İgidliyə görə” medalına layiq görülüb.