Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Rəsm Qalereyasında “Bir şəhidin həyat səhifəsi” adlı tədbir təşkil edilib

03.02.2022

Fevralın 2-də Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Sumqayıt Dövlət Rəsm Qalereyasında şəhid Qubad Hüsür oğlu Əliyevin doğum gününə həsr olunan sərgi-tədbir keçirilib. Tədbirdə çıxış edənlər, Sumqayıt şəhər İcra Hakimiyyətinin şöbə müdiri Tərlan Hacızadə, din xadimi Hacı Rauf Sərdarov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, şəhid anası Ceyran Həsənova və Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova  44 günlük mübaribədə qazanılan uğurlardan, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətindən, Ordumuzun qüdrətindən, şəhidlik məqamının ucalığından danışıblar.

 

36 nömrəli orta məktəbin şagirdlərinin hazırladığı kompozisiya və müğənnilərin ifa etdiyi vətənpərvərlik ruhunda  olan mahnılar tədbir iştirakçıları tərəfindən  maraqla qarşılanıb.

 

Şəhidimizin atası oğlunun göstərdiyi  şərəfli döyüş yolundan söhbət açıb və tədbirin təşkilatçılarına ailəsi adından öz təşəkkürünü bildirib.

 

Sonda qonaqlar “Zirvəyə Ucalanlar" adlı sərgiyə və  şəhid Qubad Əliyevin xatirəsinə həsr olunan guşəyə  baxıblar.