03.02.2022
Fevralın 2-də Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinə tabe müəsissələrin gənc əməkdaşları tərəfindən İkinci Qarabağ müharibəsinin iştirakçısı, qəhrəmancasına düşmənlə mübarizə aparan, Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanan qazimiz Kamran Tariel oğlu Baxşızadə ziyarət olunub.
Vətən müharibəsi qazisi K.Baxşızadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Ziyarət zamanı qazi K.Baxşızadə ilə onun keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, ona maddi və mənəvi dəstək göstərilib.