Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazilərlə görüş təşkil edilib

03.02.2022

Fevralın 3-də Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan S.Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbində 2 fevral “Gənclər günü” münasibətilə Vətən müharibəsi iştirakçıları qazi Həbib Zakir oğlu Həmdullayev, Əfəndi Məhəmməd oğlu Balcanov, Azim Nazim oğlu Nuriyev, Aziz Mirzəbala oğlu Hüseynov iştirakı ilə görüş keçirilib.

 

Qazilərimiz keçdikləri çətin və şərəfli döyüş yollarından söhbət açıblar. Daha sonra məktəbin direktoru Elnarə Xankişiyeva “Gənclər günü” münasibətilə qaziləri təbrik edib onlara hədiyyələr təqdim edib.