Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gənclik sabahımızdır” adlı konsert təşkil edilib.

02.02.2022

Fevralın 1-də Sumqayıt Regional Mədəniyyət İdarəsinin Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinə tabe olan Şəhər mədəniyyət evində “Gənclik sabahımızdır” adlı konsert keçirilib. Konsertdə “Şəms” instrumental ansamblının solistləri Vüsalə Abdulova, Kənan Məmmədov, özfəaliyyət dərnəyinin ifaçıları Nəzrin Hüseynli, Əlipaşa Paşayev, Kamil Ağazadə, Əli Əzizoğlu çıxış ediblər. Tədbirdə Ü.Hacıbəyovun “Arşın mal alan” komediyasından bir parça nümayiş olunub.

İştirakçılara I qrup əlil, “Оbzor qoroda” kanalının direktoru Fəridə Səxavətin və “Əlilliyi olan şəxslərin sosial müdafiəsinə və inteqrasiyasına dəstək” ictimai birliyinin üzvləri Şəbnəm Məmmədova, Xəyalə Səfərovanın əl işlərindən ibarət sərgi təqdim olunub. Sərgi iştirakçıları sonda “Təşəkkürnamə” ilə təltif olunublar.