Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt Dövlət Rəsm Qalereyasında ‘‘Sərhədsiz incəsənət‘‘ adlı sərgi təşkil edilib

01.02.2022

Yanvarın 30-da Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Sumqayıt Dövlət Rəsm Qalereyası və “Əlilliyi olan şəxslərin sosial müdafiəsinə və inteqrasiyasına dəstək” İctimai birliyinin təşkilatçılığı, “İLEG English school” tədris mərkəzi, “SN-TELECOM” və Sumqayıt Perinatal Mərkəzinin TTY şöbəsinin dəstəyi ilə fiziki məhdudiyyətli sənətkarların ‘‘Sərhədsiz incəsənət‘‘ adlı sərgisi keçirilib. İlk növbədə qonaqlara Sumqayıt Dövlət Rəsm Qalereyasında təşkil olunan Sumqayıt şəhidlərinin şəkli əks olunan xalılardan ibarət “Zirvəyə Ucalanlar” adlı sərgi nümayiş etdirilib. Çıxış edən qonaqlar bu səpkidə olan sərgilərin mütəmadi təşkil olunmağının əhəmiyyətindən, fiziki məhdudiyyətli sənətkarlara dəstəyin vacibliyindən söz açıblar. Tədbirin sonunda iştirak edən qonaqlar fiziki məhdudiyyətli sənətkarlara öz maddi və mənəvi dəstəyini göstəriblər.