Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sən şəhid anasısan” adlı tədbir keçirilib

28.01.2022

Yanvarın 27-si Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan  Abşeron rayon Mərkəzi Kitabxanasında  “Xan qızı Natəvan” adlı ədəbi məclisi ilə birgə “Sən şəhid anasısan” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Abşeron MKS-in direktoru M.Abdullayeva açıb. Məclis iştirakçıları şəhidlərimizi  bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, aprel döyüşləri şəhidi Əbdülməcid Axundovun anası Ceyran xanım Həsənova geniş çıxış edib.

 

Sonra digər şəhid anaları öz qəhrəman oğulları ilə bağlı xatirələrini bölüşüblər. “Xan qızı Natəvan” və “Od parçası” ədəbi məclislərinin rəhbərləri Məlahət Yusifqızı, Rəna Mərzili, üzvlərdən Xalq Artisti, Qarabağ döyüşlərinin iştirakçısı Şükufə Musayeva, qiraətçi Bahar Abbasova, Lətifə Rəşid, Şamama Şeyda, Esmira Günəş, Tükəzban Ağdamlı, Xaliq Laçınlı, Nuridə Misir, Səmayə Güləliqızı, Qarabağ döyüşçüsü şair Hümbət Məmmədov, Vüsal Ağayev şəhidlərə həsr etdikləri şeirlərdən nümunələri diqqətə çatdırıblar.

 

Şəhid anaları belə tədbirlərin yeniyetmə və gənclərə örnək,  şəhid ailələrinə təsəlli olduğunu vurğulayaraq, tədbirdə zəhməti keçən hər kəsə minnətdarlıqlarını bildiriblər.