27.01.2022
Yanvarın 26-sı Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Zəngilan rayon Mədəniyyət Evində “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018–2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq “Qarabağ ilmələrdə" adlı tədbir keçirilib. Tədbirdə Nümayəndəliyin baş məsləhətçisi Mehman Nəsirov, Mədəniyyət Evinin direktoru və əməkdaşları xalçaçılıq sənəti, xalçaçılığın inkişafı, tarixi, mədəni və maddi irsin qorunması haqqında geniş və əhatəli çıxışlar ediblər. Mədəniyyət işçilərinin və Zəngilan rayon 33 №li tam orta məktəbin şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə xalça sənəti haqqında hazırlanan videoçarx təqdim olunub. Sonda məktəbin şagirdləri xalçalarla tanış olublar.