Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Abşeron rayon Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən şəhid ailəsinə baş çəkilib

24.01.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mədəniyyət Mərkəzinin filialı Ceyranbatan qəsəbə Folklor evinin  əməkdaşları şəhid ailələrinə baş çəkib, ailənin qayğıları ilə maraqlanıb.

 

Şəhid Rüfət Rauf oğlu Şabanov 24 fevral 2001-ci ildə Abşeron rayon Ceyranbatan qəsəbəsində anadan olub.  2007-ci ildə Ceyranbatan qəsəbə 1 saylı tam orta məktəbdə təhsilə başlayıb, 2016-cı ildə həmin məktəbdə ümumi orta təhsilini başa vuraraq Ceyranbatan peşə liseyində təhsilini davam etdirib.

18 yaşı tamam olduqdan sonra 2019-cu ilin iyul ayının 23-də hərbi xidmətə yollanıb və həmin ilin oktyabr ayına qədər Gəncə şəhərində, sonra isə Daşkəsən rayonundakı hərbi hissədə qulluq etməyə başlayıb.

 

Rüfət Müdafiə Nazirliyinin istehkamçı-minaaxtaran bölüyünün əsgəri olub.

2020-ci il sentyabr ayının 27-si vətən müharibəsi başlayarkən Kəlbəcər-Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib və 27 sentyabr vətən müharibəsi başlayan ilk gün başından aldığı snayper zərbəsi ilə şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz yaşadığı Abşeron rayon Ceyranbatan qəsəbəsində torpağa tapşırılıb.

 

Allah rəhmət eləsin!