24.01.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət məktəbinin müəllim heyəti aztəminatlı və sosial diqqətə ehtiyacı olan, həmin məktəbin 3 cü sinif şagirdi Zinyət Göyüşzadənin ailəsini ziyarət edib
Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət məktəbinin müəllimi Günel Xalıqovanın sinfində fortepiano ixtisası üzrə təhsil alan Zinyət Göyüşzadə istedadı ilə həmyaşıdlarından fərqlənir.
Qeyd edək ki, maddi imkansızlıq səbəbilə fortepianosu olmayan istedadlı şagirdə Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən pianino musiqi aləti hədiyyə edilib.
Zinyət Göyüşzadənin ailə üzvləri göstərdikləri yüksək diqqət və qayğıya görə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevə və məktəbin kollektivinə öz minnətdarlıqlarını bildiriblər