Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İdarəyə tabe olan müəssisənin əməkdaşları şəhid ailələrini ziyarətə davam edib

17.01.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mədəniyyət Mərkəzi və Fatmayı kənd Diyarşünaslıq klubunun əməkdaşları şəhid ailələrinə baş çəkib, ailənin qayğıları ilə maraqlanıb.

 

Şəhidimiz polkovnik-leytenant Telman Miriyev 1981-ci ildə Cəlilabad rayonunda anadan olub. Həmin rayonun 2 saylı tam orta məktəbində natamam orta təhsil alıb. Valideynlərinin dəstəyi ilə Telman 1995-ci ildən Cəmşid Naxçıvanski adına hərbi litseydə təhsilini davam etdirib.

T.Miriyev xidmət dövründə dəfələrlə medallarla təltif olunub.

Masallı rayonu ərazisindəki  təlim düşərgəsində piyada əleyhinə mina təlimləri keçən zaman ətrafdakı əsgər və digər şəxsi heyəti qorumaq məqsədilə özünü minanın üzərinə ataraq qəhrəmancasına həlak olub.

 

Digər şəhidimiz  Oruc  Ramiz  oğlu Vəliyev 13 iyul 1998-ci ildə Gəncə  şəhərində  doğulub.  2001-ci ildə Gəncə  şəhər  Ə.Cavad adına 2 nömrəli tam orta məktəbdə təhsilə başlayıb. 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında xidmət edib.
2020-ci ilin  sentyabr  ayında  Azərbaycan  Ordusunda  keçirilən  hərbi  təlimlərə  çağrılıb.
2  oktyabr 2020-ci il tarixində Murovdağ istiqamətində yaralı yoldaşını döyüş bölgəsindən çıxarmaq istəyərkən şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına  əsasən  O.Vəliyev ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin  azad  olunmasına  görə" və "Vətən müharibəsi  iştirakçısı" medalları ilə təltif  olunub.

Adıçəkilən müəssisələr tərəfindən ailəsi ziyarət olunan digər  qəhrəmanımız isə  Silahlı Qüvvələr  günü anadan  olan, Zəfər günü şəhid olan Anar Bahadurov  Qubadlıdan Şuşaya gedərkən 30 döyüş yoldaşını ölümdən xilas edərək şəhidlik məqamına ucalıb.

Anar ölümündən sonra  Azərbaycan Respublikasının Prezidenti tərəfindən ”Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” və “İgidliyə  görə” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!