17.01.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qara Qarayev adına 1 nömrəli musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdləri Bakıda keçirilən "Ümid 2022" İncəsənət müsabiqəsində qalibiyyət əldə ediblər. Şagirdlərdən Aysu Məmmədzadə 1-ci yer, Ayla Pənahova, Səid Vəlizadə 2-ci yer, Atilla Quliyev, İnci Vəlizadə isə 3-cü yerə layiq görülüblər. Adıçəkilən şagirdləri müsabiqəyə müəllimləri Esmira Əliyeva hazırlayıb.
Məktəbin digər müəllimi İradə Bədəlovanın şagirdi Solmaz Həsənzadə 2-ci yerə, Təranə Eminlinin şagirdi Zəhra Kərimova 3-cü yerə, Tamilla Qasımovanın şagirdi Nisə Məlikova isə xüsusi diploma layiq görülüb.
Sözü gedən məktəbin violin şöbəsinin şagirdi Məryəm Vəlibəyova laureat adını qaznıb. Məryəmi müsabiqəyə müəlliməsi Fidan Abbasoba hazırlayıb.