Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Abşeron rayon nümayəndəliyində müşavirə keçirilib

17.01.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinin 2022-ci ildə keçirilən ilk müşavirəsindən sonra hər bir regionda baş məsləhətçilərin iştirakı ilə iclaslar davam etdirilib. Növbəti belə müşavirə 12.01.2021-ci il tarixində Abşeron rayon Mədəniyyət Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu üzrə nümayəndəsi-baş məsləhətçi, Əməkdar mədəniyyət işçisi İlham Manafov tərəfindən keçirilib.

Müşavirədə müəssisə rəhbərləri qarşısında çıxış edən İlham Manafov 2022-ci ilin cənab Prezident İlham Əliyev tərəfindən "Şuşa ili" elan edilməsi ilə bağlı Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Şuşa mədəniyyət müəssisələri ilə birgə əməkdaşlıq çərçivəsində genişmiqyaslı tədbirlərin hazırlanması ilə bağlı təkliflər irəli sürmüşdür.

Müəssisə rəhbərləri 2021-ci il ərzində görülmüş işlər barədə hesabatlarını vermiş, cari il ərzində həyata keçiriləcək tədbirlərin icrası ilə bağlı təkliflərini irəli sürmüşlər.