Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid ailələri bayram ərəfəsində yad edilib

30.12.2021

Dekabrın 30-u Sumqayıt Regional Mədəniyyət İdarəsinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib, onları bu əziz gündə yalnız buraxmayıblar.

Kollektiv bu ailələri idarənin rəisi Rəşad Əliyevin adından təbrik edib, onlara cansağlığı arzu edib və bildirib ki, şəhid ailələri hər bir azərbaycanlı üçün əziz və doğmadır. Vətən qəhrəmanlarının ailələrini, onların əmanətlərini diqqətdə saxlamaq, bizim əbədi borcumuzdur.

Sonra şəhid ailələri ilə birlikdə övladları yad edilib, onların keçdiyi şərəfli yola nəzər salınıb.

Daha sonra isə şəhidlərimizin ailələrinə Sumqayıt Regional Mədəniyyət İdarəsinin  bayram sovqatı təqdim olunub.