Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bayram tədbirinə şəhid övladları dəvət olunub

28.12.2021

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Abşeron rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Tədbirə Vətən müharibəsində şəhid olan qəhrəmanların övladları dəvət olunub.

Tamaşa balaca fidanların gurultulu alqışları ilə qarşılanıb. Yeni il ərəfəsində keçirilən tamaşaya bayram personajlarından olan şaxta baba da qoşularaq, uşaqları öz təbrikləri və rəqsləri ilə sevindirib.

Uşaqların asudə vaxtının səmərəli təşkili və onların dünyagörüşünün zənginləşməsi məqsədilə keçirilən tamaşada şaxta babanın maraqlı söhbəti, onların maraqlı vaxt keçirməsinə səbəb olub.