28.12.2021
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Xızı rayon uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə 5-ci sinif şagirdi Ləman Kərimova Rusiya Federasiyasının Moskva şəhərində keçirilən Beynəlxalq "Jar-Ptitsa" onlayn Musiqi Festivalında iştirak edərək I dərəcəli Diplomant adına layiq görülüb. Müəllimi Vüsalə Adıgözəl qızı Quliyeva təşəkkürnamə ilə təltif olunub.