Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kamil Əliyevin 100 illiyi ilə əlaqədar tədbir keçirilib

28.12.2021

Dekabrın 24-də Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron rayon Mədəniyyət Mərkəzi və Qobu incəsənət məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycanın tanınmış rəssamı, xalçaçı rəssam Kamil Əliyevin 100 illik yubileyi münasibəti ilə Azər Xalçanın Abşeron filialında ustad dərsləri keçirilib.

Tədbirdə idarənin Abşeron rayonu üzrə Baş Məsləhətçisi İlham Manafov şagirdlərə K.Əliyevin həyat və yaradıcılığından, eyni zamanda onun xalçaçılıq sənətinə bəxş etdiyi töhfələrdən danışıb.