04.02.2018
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Gənclər gününə həsr olunmuş 2-6 fevral tarixlərində keçirilən “Gəncliyin səsi” festivalı çərçivəsində Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Prezident təqaüdçülərinin konserti və gənclərin rəsm əsərlərindən ibarət sərgi keçirilmişdir.
Konsertdə Nərgiz Hüseynzadə (violin), Zərrin Əliyeva (violin), Həmidə Adilova (viola), Marqarita Kudryaseva (viola), Orxan Hüseynov (violonçel), Mark Zencenko (violonçel), Fuad Əlizadə (fortepiano), Şükür Omarlı (kamança), Lalə İbrahimova (vokal), Ağarəhim Quliyev (fleyta), Kamran Talıblı (fleyta), Elçin Məmmədov (fortepiano), Toğrul Abdullayev (violin), Nihad Orucov (vokal), Mahir Hacıyev (kamança), Pərvaz İbrahimli (xanəndə), Mircavid Cəfərov (tar), Mədinə Şahgəldiyeva (kamança), Aygül Həsənova (qanun) habelə konsertmeysterlər Sevinc Kərimova, Aslan Aslanov və Viktoriya Zülfüqarzadənin ifalarında xalq musiqi incilərimiz, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənmişdir.