Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qara Qarayev adına uşaq musiqi məktəbinin şagirdlərinin növbəti uğuru

21.12.2021

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qara Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Praqada keçirilən Beynəlxalq onlayn musabiqədə iştirak edərək fortepiano ixtisası üzrə yüksək nailiyyətlər qazanıblar.

Məktəbin 6-cı sinif şagirdi Aytac Vəlizadə Qran Pri mükafatına layiq görülüb. Onu bu müsabiqəyə müəllimi Sevda Məcidova hazırlayıb.

Sözügedən müsabiqədə 6-cı sinif şagirdi Nəzrin Rüstəmova, 5-ci sinif şagirdi İnci Vəlizadə, 4-cü sinif şagirdi Aysu Məmmədzadə, 3-cü sinif şagirdi Ayla Pənahova, 1-ci sinif şagirdi Səid Vəlizadə öz yaş kateqoriyalarında 1-ci dərəcəli, 1-ci sinif şagirdi Elmira Bağırova isə 3-cü dərəcəli laureat adını qazanıblar.

Şagirdlər müsabiqədəki uğurlarını müəllimləri Esmira Əliyeva ilə bölüşüblər.