Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ümummilli liderin anım günü ilə əlaqədar tədbirlər keçirilib

13.12.2021

10 dekabr 2021-ci il tarixində Sumqayıtın Tarixi Muzeyində Azərbaycanı beynəlxalq aləmdə yetərincə tanıdan, sülhün qoruyucusu olan dünyaca məşhur ümumilli liderimiz Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi.

 

Öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx izlənildi.

 

Daha sonra Sumqayıtın Tarixi Muzeyinin direktoru Aygün Zülfüqarlı tədbiri giriş sözü ilə açaraq Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi məsələlərdə həyata keçirdiyi uğurlu siyasəti haqqında məlumat verdi.

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev isə öz çıxışında ulu öndərin daima mədəniyyət və incəsənətə dəyər verdiyindən, sənət adamlarına qayğısından danışdı. Eyni zamanda Rəşad Əliyev çıxışı zamanı Azərbaycan xalqının müdrik oğlu Heydər Əliyevin təcrübəsini zamanında öz varisi cənab İlham Əliyevə ötürməsi, dövlət başçısının həyata keçirdiyi islahatların məhz ulu öndərin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirməsi, yeni dövrün tələblərinə uyğun zənginləşdirməsi, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərimizin işıqlı, nurlu arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər etməsi kimi mühüm məqamlarada toxundu.

 

Əməkdar mədəniyyət işçisi Olya İslamova, "Poeziya Evi" nin əməkdaşı, gənc şair Elvin Əlizadə, Sumqayıt Dövlət Universitetinin müəllimi Samir Qocayev də öz çıxışlarında ümummilli liderin rəhbərliyi illərində dünya miqyasında Azərbaycanın haqq səsinin tanınması uğrunda yorulmadan apardığı uzaqgörən siyasəti və bu gün o siyasətin uğurlu nəticəsi haqqında söhbət açdılar. "NAKO - EduClub" təhsil - əyləncə mərkəzinin balaca fidanlarının və Sumqayıt şəhər 7 saylı orta məktəbin şagirdlərinin ifasında Ulu Öndərə həsr olunmuş şerlərin söylənməsi tədbirə rəng qatdı.

 

Tədbirdə həmçinin Sumqayıt şəhər Mərkəzi Kitabxananın əməkdaşları, Bülbül adına 2 saylı İncəsənət məktəbinin, Fikrət Əmirov adına 5 saylı musiqi məktəbinin, Səid Rüstəmov adına Uşaq incəsənət məktəbinin müəllimləri və Sumqayıt Dövlət Universitetinin tələbələri iştirak etdilər.