13.12.2021
Dekabrın-10da Sumqayıt Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon nümayəndəliyində ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə "Əbədiyyət Yolu" adlı dəyirmi masa keçirildi.
Tədbirdə idarənin Zəngilan rayonu üzrə nümayəndəsi, baş məsləhətçi Mehman Nəsirov, Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Quluzadə, ehtiyatda olan zabit Ramiz Yusifzadə, uşaq musiqi məktəblərinin direktorları, Zəngilan rayon 33№ li tam orta məktəbin heyəti iştirak etdilər. Məktəbin şagirdləri tərəfindən mühazirələr oxundu, şeirlər söylənildi.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş olundu.