26.11.2021
Noyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100, Təsviri incəsənət və onun tətbiqi texnologiyası kafedrasının 50 illiyi münasibətilə Sumqayıt Dövlət Rəsm Qalereyasında sərgi keçirilib.
Yazıçı-ssenarist , kulturoloq Hafiz Ataxanlı Ulu öndər Heydər Əliyevin təhsilə verdiyi önəmdən danışdı. Sonra Pedaqoji Universitetin kafedra müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yeganə Cəlilova, texnika üzrə fəlsəfə doktoru , dosent Teyyub Abbasov, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Çingiz Rüstəmov, gənc müəllim Sevinc Hüseynova çıxış edərək Pedaqoji Universitetin keçdiyi şərəfli yoldan, onların yetişdirdikləri kadrların respublikanın müxtəlif sahələrində bacarıqlı mütəxəssis kimi fəaliyyətlərindən danışıblar.
Sonda Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova şöhrətli təhsil ocağının yubiley tədbirlərinə qatıldığı üçün özünü xoşbəxt saydığını, doğma müəllimlərini görməyindən məmnunluğunu bildirdi və qonaqları Sumqayıt Dövlət Rəsm Qalereyasının yetişdirdiyi gənc istedadların əl işlərinə baxmağa dəvət edib.