Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təqdimat keçirilib

26.11.2021

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun təşkilatçılığı ilə 25.11.2021-ci il tarixində Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıtda yaşayan şəhid və qazi övladlarından ibarət “ Əmanət” xor kollektivinin təqdimatı keçirilib. Tədbirdə Milli Məclisin deputatları Müşfiq Məmmədli, Hicran Hüseynova, Emin Hacıyev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, şəhər ziyalıları iştirak edib.

Tədbirdə xor kollektivinin həmçinin, Kənan Qədimov, Emil Murad və Jalə Quliyevanın ifasında vətənpərvər mahnılar ifa olunub. Uşaqların əl işlərindən ibarət sərgi nümayiş etdirilib.