Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İdarəyə tabeli müəssisələrin şagirdlərinin uğurları davam edir

26.11.2021

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbinin fortepiano şöbəsinin 2-ci sinif şagirdi Aylin Oleq qızı Talıbova 1-3 noyabr tarixlərində Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində keçirilən ,, I Beynəlxalq Nəriman Sabitov adına gənc musiqiçilər" müsabiqəsində 2-ci yerə, 4-cü sinif şagirdi Aynaxanım Vurğun qızı Ağazadə isə 3-cü yerə layiq görülüb.

Şagirdləri müsabiqəyə müəllimələri İradə Abdullayeva hazırlayıb.