11.11.2021
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbinin fortepiano şöbəsinin 4-cü sinif şagirdi Aynaxanım Vurğun qızı Ağazadə 30-31oktyabr tarixlərində Bakı şəhərində keçirilən “Payız əfsanələri 2021” İncəsənət müsabiqəsində 1-ci yerə, 2-ci sinif şagirdi Aylin Oleq qızı Talıbova isə 2-ci yerə layiq görülüb.
Şagirdləri müsabiqəyə müəllimələri İradə Abdullayeva hazırlayıb.