09.12.2024
BMT-nin təşəbbüsü ilə dekabrın 9-da Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə Günü qeyd edilir.
2003-cü il dekabrın 9-da Meksikanın Merida şəhərində keçirilən Yüksək Səviyyəli Siyasi Konfransda 2003-cü il noyabrın 1-də BMT Baş Məclisi tərəfindən qəbul edilmiş BMT-nin Korrupsiya Əleyhinə Konvensiyası imzalanmaq üçün açıq elan edilmişdi.
2003-cü il Konvensiyası bu qəbildən ilk sənəddir. Bu sənədi imzalayan dövlətlər rüşvətləri, büdcə vəsaitlərinin oğurlanmasını və korrupsiya yolu ilə əldə edilmiş gəlirlərin təmizə çıxarılmasını cinayət elan etməyə borcludurlar. Konvensiyanın müddəalarından birinə görə vəsaitlər korrupsiya nəticəsində hansı ölkədən daxil olmuşdursa, həmin ölkəyə qaytarılmalıdır.