Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Beynəlxalq Əlillər Günü ilə əlaqədar “Ümid və dəstək görüşü” adlı tədbir keçirildi

02.12.2024

N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin Cəfər Cabbarlı adına Mədəniyyət evi və 6 saylı Folklor klubunun birgə təşkilatçılığı ilə Əli Kərim adına Poeziya evində 3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə “Ümid və dəstək görüşü” adlı tədbir keçirilib.

Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi — ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.

Tədbirdə əlil şəxslər və onlara xidmət göstərən təşkilatların əməkdaşları, mədəniyyət işçiləri iştirak edib.

Tədbir konsert proqramı ilə davam edib. Proqram çərçivəsində Sumqayıt şəhər Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi Məktəbin şagirdlərinin çıxışları böyük maraqla qarşılanıb.

Tədbirin bədii hissəsi yekunlaşdıqdan sonra Sumqayıt şəhər Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi Məktəbin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.